İspaniya hökuməti 50 il əvvəl verdiyi medalı geri aldı



 16:51 12.09.2023     281

İspaniya hökuməti 1973-cü ildə çevrilişlə Çilidə hakimiyyətə gələn diktator Auqusto Pinoçetə 1975-ci ildə verilən “Böyük Hərbi Xidmətə görə medalı” geri alıb.

Demedia.az xəbər verir ki, bu barədə İspaniyanın Nazirlər Şurasının iclasında qərar verilib. Mövzu ilə bağlı açıqlama verən İspaniyanın Baş naziri Pedro Sançez bildirib ki, İspaniya hökuməti bu ədalətsizliyi aradan qaldırmaq istəyib. Sançes İspaniyanın 1975-ci ildə diktator Pinoçetə verdiyi "Böyük Hərbi Xidmət Ordenini" geri aldığını açıqlayıb.

Çili Prezidenti Qabriel Boric də bu jest üçün İspaniya hökumətinə təşəkkür edib və "İspaniya və Çili ortaq təcrübəyə əsaslanan demokratiyanı müdafiə edir" deyə bildirib.

Bahadur Seyidov