"Lion" yeni baş məşqçi üçün Cennaro Qattuzo ilə danışıqlar aparır



 17:02 12.09.2023     312

"Lion" yeni baş məşqçi üçün Cennaro Qattuzo ilə danışıqlar aparır.

Demedia.az xəbər verir ki, bu barədə klub prezidenti Con Tekstor açıqlama verib. O bildirib ki Cennaro Qattuzo ilə görüş məhsuldar keçib. Prezidentin sözlərinə görə, klubun məşqçi postuna əsas namizədi Cennaro Qattuzodur. Fabrizio Romanonun sözlərinə görə, “Lyon” tərəfi Cennaro Qattuzodan məmnundur. Bununla belə, Con Tekstor məşqçi ilə bağlı son qərarını digər namizədlərlə görüşdən sonra verəcəyini bildirib. Cennaro Qattuzo məşqçilik karyerasına 2013-cü ildə Palermoda başlayıb. 45 yaşlı italiyalı sonuncu dəfə “Valensiya”da çalışıb.

Qeyd edək ki, bundan əvvəl “Lyon”un baş məşqçisi Loran Bland idi.

Bahadur Seyidov