Çin yenidən Tayvan ətrafına hərbi qüvvə göndərib



 17:15 12.09.2023     386

Çin yenidən Tayvan ətrafına hərbi qüvvə göndərib.

Demedia.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, ada ətrafında 22 Çin hərbi təyyarəsi və 20 döyüş gəmisi müşahidə edilib. Açıqlamada "BZK-005" tipli silahsız pilotsuz təyyarənin və döyüş təyyarələrinin Tayvan ətrafında neytral ərazini keçdiyi bildirilib.

Nazirlik bundan əvvəl Tayvan ətrafında 13 Çin hərbi təyyarəsinin göründüyünü və Shandong təyyarədaşıyan gəmisinin adanın cənubundakı Eluanbi burnundan 60 dəniz mili (təxminən 111 kilometr) məsafədən keçdiyini bildirib.

Bahadur Seyidov