Rəsmi hesabda paylaşıldı, gecə kamerada elə şey göründü ki...



 23:48 12.09.2023     1022

ABŞ-da gecə kamerasına çəkilən və şəxsən səlahiyyətlilər tərəfindən paylaşılan canlı görüntülər dünya mediasında böyük səs-küyə səbəb olub.

Demedia.az xəbər verir ki, ABŞ-ın ən böyük ştatlarından biri olan Arizonada gecə kamerasına maraqlı görüntü düşüb. Sözügedən videonu görən rəsmilər həmin anları rəsmi hesabda paylaşıblar. Qısa müddətdə milyonlarla insanın izlədiyi video həm sosial mediada, həm də ölkə mətbuatında böyük səs-küyə səbəb olub.

Şəxsiyyəti hələ də məlum olmayan bir məxluq Tucson yaxınlığındakı ştatın Saquaro Milli Parkında əl-ayaq mövqeyində dolaşarkən görülüb.

Sincəbənzər bədənə sahib olan canlının məməli olduğu təxmin edilir. Görüntüdə onun sıx lələkləri də diqqət çəkərkən, səlahiyyətlilər paylaşdıqları videoya “Özündən soruşmusan, mən nəyə baxıram?” qeydini əlavə ediblər.

Səlahiyyətlilər, əvvəlcə cütləşmə rəqsi etdiyi iddia edilən canlının yırtıcılardan qorunmaq üçün lələklərini tikərək ayağa qalxdığını vurğuladılar.

Müayinələr nəticəsində sözügedən heyvanın skunk olduğu müəyyən edilib və qruplar sözügedən heyvanın təkcə təhlükədə olduğu zaman deyil, həm də qəzəbləndiyi zaman pis qoxu yaydığını xatırladıb.

Aysun / Demedia.az