Binaya tülkü girdi, aləm bir-birinə dəydi - VİDEO



 22:05 12.09.2023     663

Ankaranın Polatlı rayonunda tülkü binaya girərkən vətəndaşlar kameraya düşüb.

Demedia.az xəbər verir ki, Polatlının Şehitlik məhəlləsindəki Han Residence sakinləri binanın içərisində tülkü görəndə şoka düşüblər.

Binaya necə girdiyi məlum olmayan tülkü uzun müddət çölə çıxmaq üçün mübarizə aparıb. Çarəsizlikdən ətrafa qaçan tülkü nəhayət, qapı açılandan sonra azad olub. Bu anlar mənzil sakini tərəfindən lentə alınıb.

Aysun / Demedia.az