Təyyarənin havada yanacağı bitdi! - Pilotlardan kritik qərar



 21:34 12.09.2023     792

Hava limanına çatmamış məcburi eniş edən nəhəng A320 model təyyarə Sibirdə əkin sahəsinə eniş edib. Yerli mətbuat hadisənin səbəbini yanacaq problemi ilə əlaqələndirib.

Demedia.az xəbər verir ki, Rusiyanın TASS xəbər agentliyi nəhəng A320 model təyyarənin Soçidən Omska uçduğunu, lakin Omska yaxınlaşdıqda təyyarənin hava limanına enə bilməyəcəyini bildirib. Novosibirsk vilayətinin qubernatoru Andrey Travnikov özünün Teleqram kanalında yazıb ki, Ural Hava Yollarına məxsus təyyarə yerli vaxtla saat 09:44-də hava limanına çatmayıb və “təcili eniş edib”.

Travnikov təyyarənin hidravlik nasazlıqlar səbəbindən hava limanına enə bilməyəcəyini qeyd edərkən, TASS pilotların əyləc nasazlığı səbəbindən marşrutu dəyişdiyini yazıb.

Yerli mətbuatda təyyarənin havada olarkən yanacağı bitdiyi, pilotların uçuş-enmə zolağı əvəzinə Sibirdəki bir sahəyə təcili eniş etmək qərarına gəldiyi bildirilib. Sözügedən ərazi hava limanından 180 kilometr aralıdadır.

Digər tərəfdən səlahiyyətlilər tərəfindən verilən açıqlamada iki pilotun quruya uğurla eniş etdiyi bildirilib və yüksək təzyiqli bir nəfərdən başqa sərnişinlərin heç birində problem olmadığı qeyd edilib. Göyərtəsində cəmi 159 sərnişin və 6 ekipaj üzvü olan təyyarə ilə bağlı Ural Hava Yolları "hava limanı xaricində təcili eniş"in yaxşı keçdiyini və xəsarət alan olmadığını bildirib.

Aysun / Demedia.az