Sərniş suya düşərək öldü, nazir istefa verdi
Yunanıstanın dənizçilik naziri Miltiadis Varviçyotis istefa verib.
Demedia.az xəbər verir ki, istefaya səbəb nazirin çıxışı olub.
Belə ki, ötən həftə Pireydən Krit adasına gedən “Blue Horizon” bərəsində sərnişin və iki dənizçi arasında mübahisə düşüb. Dənizçilərin sərnişini itələməsi nəticəsində dənizə düşən həmin şəxs suya düşərək ölüb.
Hadisədən sonra nazirin gəmi heyətini müdafiə etməsi reaksiyalara səbəb olub. Bundan sonra isə o, istefa verib.
Bahadur Seyidov