İraq İsveçdə Quranı yandıran şəxsin ekstradisiyasını tələb edir
İraq İsveçdə Qurani-Kərimə təxribat xarakterli hücumlar edən Salvan Momikanın ekstradisiyasını tələb edir.
Demedia.az xəbər verir ki, bu barədə İsveçin rəsmi xəbər agentliyi məlumat yayıb.
Momika ekstradisiya tələbini təsdiqləyib və məsələ ilə bağlı polisə açıqlama verəcəyini bildirib.
Qeyd edək ki, son vaxtlar İsveç və Danimarkada Qurani-Kərimə qarşı təxribat xarakterli hərəkətlərin sayı artıb.
Bahadur Seyidov