Danimarka Ukraynaya yeni hərbi yardım göndərir



 15:58 13.09.2023     299

Danimarka Ukraynaya 5,8 milyard Danimarka kronu (833 milyon dollar) dəyərində hərbi yardım edir.

Demedia.az xəbər verir ki, bu barədə Danimarkanın Müdafiə Nazirliyi açıqlama verib. Bəyanatda Rusiya ilə müharibədə Ukraynaya yeni hərbi dəstək paketi açıqlanıb. Sözügedən paketə tanklar, piyada hücum maşınları, tank sursatları və zenit silahları daxil olacaq.

Bu paket Rusiya və Ukrayna arasında müharibə başlayandan bəri Danimarkanın Ukraynaya verdiyi ən böyük yardım kimi qeydə alınıb.

Bahadur Seyidov