Birləşmiş Krallıqda iqtisadiyyat 0,5% azalıb



 15:14 13.09.2023     288

Birləşmiş Krallıqda iqtisadiyyat 0,5% azalıb.

Demedia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsi açıqlama verib. Açıqlamaya görə, tətillər və yağışlı hava şəraiti səbəbindən iyul ayında ölkənin ÜDM-i 0,5 faiz azalıb. İqtisadçıların gözləntiləri iyul ayında ölkə iqtisadiyyatının 0,2 faiz daralacağı idi. Milli Statistika İdarəsinin məlumatına görə, iyulda xidmət sektoru 0,5 faiz, istehsal sektoru 0,7 faiz, tikinti sektoru isə 0,5 faiz azalıb.

Milli Statistika İdarəsinin direktoru Darren Morqan bildirib ki, tətillər xidmət sektoruna təsir edib.

Bahadur Seyidov