Yadplanetlilərlə bağlı ŞOK: Mədəndə tapıldı...



 21:34 13.09.2023     896

Alimlər Meksika parlamentində xüsusi canlı yayım keçirərək 1000 yaşında olduğunu iddia etdikləri yadplanetliləri dünya mediası qarşısında paylaşıblar.

Demedia.az xəbər verir ki, üç saat davam edən canlı yayımda ABŞ ordusunun üzvləri də iştirak edib.

Meksika parlamenti düz 3 saat davam edən və bu gün bütün dünyaya səs salan canlı yayıma şahidlik edib. Paytaxt Meksikada jurnalist və ufoloq Xayme Maussanın rəhbərliyi altında yadplanetlilərə aid olduğu iddia edilən iki cəsədin aşkar edildiyi rəsmi tədbir keçirilib. İki kiçik “qeyri-insan” cəsəd hamının görməsi üçün pəncərəli qutularda nümayiş etdirildi. Perunun Kusko şəhərində tapılan kiçik mumiyalanmış nümunənin min il yaşı olduğu güman edilir. Kritik görüşdə ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş pilotu Rayan Qreyvs də iştirak edib.

Şüşə qutuda iki kiçik “yadplanetli cəsədi” nümayiş etdirilib. Alimlərin qatıldığı tədbirdə yadplanetlilərin 1000 yaşında olduğu təxmin edildiyi bildirilib. Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələrindən təqaüdçü leytenant Robert Salas görüşdə "Biz burada danışarkən səmada saysız-hesabsız UFO uçur" dedi.

Görüş yerdənkənar zəkalı həyatın cəsədlərinin ilk aydın nümayişi idi. Yerli mətbuatda cəsədlərin başlarının 360 dərəcə fırlandığı və bədənlərinin quşlara xas hərəkətlər edə bildiyi bildirilib.

Konqresdəki ekspertlər mədəndə tapılan “yadplanetlilər” üzərində apardıqları DNT testlərinin nəticələrini də deputatlarla bölüşüblər. 'Canlı məxluqlardan' birinin içində rüşeym olan yumurta daşıdığı və kadmium və osmium metallarından hazırlanmış implantların olduğu ifadə edildi. Rəsmi qeyd edib ki, cəsədlər bu yaxınlarda Meksika Muxtar Milli Universitetində (UNAM) tədqiq edilib və orada alimlər onların yaşlarını radiokarbon analizi ilə müəyyən ediblər.

Mütəxəssislər 2015-ci ildə Perunun məşhur sahə xəttlərində yerdənkənar ağıllı həyat olduğu düşünülən 15 metr hündürlüyündə fosillərə rast gəldilər. Bu iddia tez bir zamanda təkzib edilsə də, yerli mətbuat qalıqların heyvan və insan qalıqlarının birləşməsinin nəticəsi olduğunu bildirib.

Aysun / Demedia.az