Toy karvanının qarşısını kəsib, bəylə nərd oynadılar



 22:36 13.09.2023     738

Türkiyədə maraqlı hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, Vanda bəyin dostları Nurgül (23) və Əli Toğayın (27) toyuna gedən konvoyu saxlayıb və yolda süfrə qurub, nərd oynayıblar.

Bəyi maşından çıxarıb nərd oynamağa vadar edən dostları onların məsləhətindən sonra konvoyun yolunu açıblar.
 
Erciş rayonunun Sahil Kent səmtində Nurgül (23) və Əli Toğayın (27) toyunda gəlini götürdükdən sonra konvoy sahil yoluna çıxıb. Bu vaxt bəyin bir qrup dostu nərd süfrəsi qurub, yolu bağlayıb. Konvoyda olan toy sahibləri nərd oynayan gəncləri yolu açmağa razı salmağa çalışıblar. Lakin dostları bəyi maşından çıxararaq əvvəlcə onunla nərd oynayıb, daha sonra konvoyun keçməsi üçün onun məsləhətlərini alaraq stolu qaldırıblar.

Aysun / Demedia.az