Oğurladığı əşyanı görün necə gizlətdi - VİDEO



 23:48 13.09.2023     1051

Türkiyədə qeyri-adi oğurluq hadisəsi baş verib.

Demedia.az xəbər verir ki, Hatayın Dörtyol rayonunda qadının uşaq qidasını rəfdən götürərək ətəyində gizlətdiyi anlar təhlükəsizlik kamerasına düşüb.

Hadisə bu günlərdə Dörtyol rayonunda yerləşən bazarda baş verib. Market işçiləri qadının qəribəliyini hiss etdikdən sonra təhlükəsizlik kamerasının görüntülərinə baxıblar. Kadrlarda o, marketə birlikdə gələn 3 qadından birinin rəfdən uşaq yeməyini götürərək ətəyində gizlətdiyini görüb.

Bazar işçiləri bu vəziyyətdən polis bölməsinə gedərək şikayət ediblər.

Aysun / Demedia.az