Aldığı futbol topunu geri qaytara bilmədi, görün nə etdi... - VİDEO



 23:09 13.09.2023     567

İzmirin Buca rayonunda bir şəxs 3 ay əvvəl aldığı futbol topunu geri qaytarmaq üçün bazara gedib.

Demedia.az xəbər verir ki, geri qaytarma tələbi qəbul edilməyən şəxs bazarda 14 ədəd futbol topu partlatarkən, həmin anlar təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Hadisə dünən səhər saatlarında Buca rayonunun Tınaztəpə Məhəlləsində baş verib. İddialara görə, vətəndaş iyun ayında aldığı futbolu geri qaytarmaq üçün futbol topu aldığı bazara gedib. Market sahibi alışın 3 ay əvvəl edildiyini və bu səbəbdən topu almayacağını bildirib. Bir müddət sonra tərk etdiyi iş yerinə qayıdan şəxs çöldəki topları bir-bir partladıb.

Baş verənlər iş yerinin təhlükəsizlik kamerasına əks olunub. Görüntülərdə vətəndaşın bazara gələrək əlindəki qazma aləti ilə çöldəki 14 ədəd futbol topu tək-tək partlatdığı, daha sonra ərazidən uzaqlaşdığı görülüb.

Aysun / Demedia.az