Yaponiya və Cənubi Koreya Şimali Koreyanın ballistik raket sınaqdan keçirdiyini bildirib



 16:24 13.09.2023     291

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın ballistik raket sınaqdan keçirdiyini bildirib.

Demedia.az xəbər verir ki, Cənubi Koreya Baş Qərargahının bəyanatında deyilir ki, Şimali Koreya Yapon dənizinə doğru iki qısa mənzilli ballistik raket atıb. Bildirilib ki, raketlər paytaxt Pxenyanın Sunan rayonu yaxınlığından buraxılıb. Yaponiya hökuməti raketlərin Yaponiyanın iqtisadi zonasından kənara düşdüyünü və bölgədə fəaliyyət göstərən hava və dəniz elementlərində heç bir zərərin aşkar edilmədiyini açıqlayıb.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu raket sınağını pisləyib və Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə Şimali Koreyaya etiraz notası göndərildiyini bildirib.

Bahadur Seyidov