Pxenyandan Rusiyaya dəstək



 16:43 13.09.2023     284

Rusiya Prezidenti Vladimir Putinə “yoldaş” kimi müraciət edən Şimali Koreya lideri Kim Çen In bildirib ki, Pxenyan “anti-imperialist” cəbhədə həmişə Moskvanın yanında olacaq.

Demedia.az xəbər verir ki, Şimali Koreya lideri Rusiyanın düşmənləri, xüsusən də Qərbə qarşı böyük qələbə qazanacağını bəyan edib.

Qeyd edək ki, Kim Çen In və Vladimir Putin Amur bölgəsindəki Vostoçnıy kosmodromda görüşüb. Kreml iki liderin əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə iki saatdan çox görüşdüyünü, daha sonra iki dövlət başçısı arasında təkbətək görüş keçirildiyini açıqlayıb.

Bahadur Seyidov