Qazlı suyun faydaları. Niyə qazlı su içməliyik? - Video



 09:31 14.09.2023     1063

Qazlı su içməyi xoşlayırsız? Onun faydaları haqqında məlumatınız var?

Qazlı suyu əldə etməkçün suya karbon dioksid, yəni karbon qazı (CO2) qatılır. Karbon qazı suya əlavə edilən zaman karbonat turşusuna çevrilir. Suya turş dadı verən də məhz bu turşudur. Qazlı su içən zaman insan özünü daha çox su içmiş kimi hiss edir. Bu, sizdə də olur? Üstəlik həzm prosesi də asanlaşır. Bu məhz “Bor effekti ilə bağlıdır. Tənəffüs sistemində karbonat turşusunun artmasıyla hemoqlobinin oksigen daşınmasına pH təsirinə “Bor effekti” deyilir. Bu da ən çox həzmsizlik yaşayan zaman bizim köməyimizə çatır.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək qazlı suyun faydaları haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az