İflic dərəcəsinə gətirən Bel Yırtığını həkim belə müalicə etdi! - Video



 10:19 14.09.2023     716

Bel yırtığı-fəqərələr arasındakı diskin çölə doğru yırtılmasıyla (sürüşməsiylə) ayağa doğru gedən sinirlərin sıxışmasına səbəb olan ağrılı vəziyyətin adıdır.

Bel ağrısı, beldən tək və ya iki ayağa doğru yayılan ağrıya səbəb olur ki buna siyatalgiya deyilir. Disk Herniası (bel yırtığı) refleks, duyğu ya da əzələ gücü itkisiylə gedən sinir funksiya itkisinə səbəb ola bilər. İnsanlar yaşlandıqca disklərin strukturu dəyişir. Belə ki, uşaqlarda fəqərəarası disklər su ilə bol olur, bu da disklərin elastikliyini və amortizasiya funksiyasının yerinə yetirilməsini təmin edir. Zaman keçdikcə disklərdə suyun miqdarı azalmağa başlayır. Bu da diskin üst qatının mexaniki stressə davamlılığını azaldır və o nisbətən sadə hərəkətlər zamanı zədələnə bilir. (əyilib nəsə qaldıranda, bərk öskürəndə və s.). 

Alqoloq Vüsal Eyvazov xəstənin necə müayinə və müalicə edildiyi barədə videoda ətraflı məlumat verib.

Demedia.az Vüsal Eyvazov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az