Onlayn tibbi yardımın fəsadları nədir? - Video



 10:41 14.09.2023     915

Onlayn tibbi xidmət canlı tibbi xidməti əvəz edə bilməz.

Bu, gün kimi aydın olsa da, bununla belə, onlayn tibbi xidmətdən yararlananlar kifayət qədərdir. Adətən onlayn tibbi xidmətə həkimə getməyə vaxtı və ya maddi imkanı olmayan adamlar üz tuturlar. Lakin, həkim xəstəliyə onlayn diaqnoz qoyursa, diaqnoz səhv ola bilər. Bir sözlə, onlayn müalicə acınacaqlı fəsadlarla nəticələnə bilər. Yaxşı olar ki, xəstələr həkimlə canlı ünsiyyət yaratsınlar. Düzgün diaqnoz qoymaq üçün həkim xəstəni real müayinə etməli, analizlərini baxmalı və s. prosedurları keçirməlidir.

Nevroloq Leyla Şahbazova mövzu barədə videoda məlumat verib. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz. 

Demedia.az  Nevroloq Leyla Şahbazova "Youtube"  kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az