Şoyqu: “Rusiyanın Ukraynada qazanmaqdan başqa yolu yoxdur”



 13:01 14.09.2023     315

Rusiyanın müdafiə naziri Sergey Şoyqu  bəyanat yayıb.

Demedia.az xəbər verir ki,  müdafiə  naziri bildirib ki, Rusiyanın Ukraynada qalib gəlməkdən başqa yolu yoxdur.

Şoyqu  əlavə edib ki, Rusiya qüvvələri Ukrayna qoşunlarının əks-hücumuna qarşı aktiv müdafiəni davam etdirir.

Qeyd edək ki,  Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya indiyə qədər 270 350 hərbçi, 4584 ədəd tank, 8792 ədəd zirehli döyüş maşını, 5902 ədəd artilleriya sistemi, və digər hərbi avadanlıqlar itirib.

Rusiya Müdafiə Nazirliyi isə Ukrayna tərəfindən 71 mindən çox hərbçinin öldüyünü bildirib.

Bahadur Seyidov