Əfqanıstanda bir ilk - "Taliban"a etimadnamə verildi



 15:21 14.09.2023     330

Əfqanıstanda ilk dəfə olaraq bir ölkənin səfiri "Taliba"n administrasiyasına etimadnamə təqdim edib.

Demedia.az xəbər verir ki,  Taliban müvəqqəti hökumətinin baş naziri Molla Məhəmməd Həsən Axund mərasimdə Çinin Kabildəki yeni səfiri Cao Şinqin təqdim etdiyi etimadnaməni qəbul edib.

Çin Əfqanıstanın müstəqilliyinə, ərazi bütövlüyünə və qərarlarına hörmətlə yanaşdığını və Əfqanıstanın daxili işlərin də qatılmaq niyəti olmadığını bildirib.

Qeyd edək ki, ABŞ-nin rəhbərlik etdiyi NATO qüvvələri 2021-ci ilin avqustunda Əfqanıstanı tərk etdikdən sonra bütün gözlər Çinin Əfqanıstandakı investisiyalarının həcminə çevrilib.  Yanvarın 5-də Taliban müvəqqəti hökuməti ilə Çin şirkəti arasında ölkənin şimalında Amu çayı ətrafında kəşfiyyat və neft hasilatı ilə bağlı saziş imzalanıb. 

Bahadur Seyidov