Ən çox bu ölkənin vətəndaşları Almaniyaya iş üçün müraciət edir
Ən çox iş vizası Almaniya hakimiyyəti tərəfindən 2022-ci ildə Hindistan, Türkiyə və Serbiya vətəndaşlarına verilib.
Demedia.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkə ötən ildə əcnəbilərə ümumilikdə 152 336 nəfər işləmək üçün viza verib.
Bu rəqəmin 17 379 nəfəri hindlilərin, 11 792 nəfəri türklərin, qalanı isə Serbiya vətəndaşlarının payına düşür.
Bu ilk üç millətdən başqa Almaniya bosniyalılara, kosovalılara, ruslara, albanlara və şimali makedoniyalılara da işləmək üçün icazələr verir.
Bahadur Seyidov