Qətər klubu PSJ-nin ulduz futbolçusunu transfer etdi



 17:01 14.09.2023     336

Qətər təmsilçisi “Əl-Ərəbi” “Paris Saint-Germain"dən 30 yaşlı italyan yarımmüdafiəçi Marko Verrattini heyətinə qatdığını açıqlayıb.

Demedia.az xəbər verir ki, “Əl-Ərəbi”  PSJ-nin italyan ulduzu Marko Verratti  üçün 45 milyon avro ödəyib.

Qeyd edək ki, 2012-ci ildən PSJ-də çıxış edən Verratti Fransa yığması ilə 416 matçda 11 qol vurub. Verratti ilə bir sıra Avropa klubları ilə yanaşı "Qalatasaray" da maraqlanırdı. 

Bahadur Seyidov