Taxıl sazişinin bərpası üçün qərarlıyam - Quterreş



 15:04 14.09.2023     319

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres taxıl sazişinin yenidən bərpa edilməsində qərarlı olduğunu və bu çərçivədə danışıqları davam etdirdiyini bildirib.

Demedia.az xəbər verir ki, Quterreş BMT-nin Nyu-Yorkdakı binasında jurnalistlərə açıqlamasında bildirib ki, o BMT Baş Assambleyasında Prezident Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ayrı-ayrılıqda görüşəcək. BMT-nin baş katibi bəyan edib ki, Rusiyaya qarşı sanksiyaları pozmadan Rusiyanın ərzaq və gübrəsinin və Ukrayna taxılının ixracını bərpa etmək üçün səy göstərəcək.

Ukraynadakı sülh danışıqlarına gəlincə, Quterreş vasitəçi rolunu oynamaq fürsətini məmnuniyyətlə qarşılayacağını ifadə edərək, "Ancaq məncə, bu nöqtədən hələ çox uzağıq" deyə bildirib.

Bahadur Seyidov