Putin Kim Çen Inın dəvətini qəbul edib



 17:41 14.09.2023     327

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inın Pxenyana səfər dəvətini qəbul edib.

Demedia.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi xəbər agentliyi məlumat verib. Bildirilib ki, Kim bu dəvəti Putinlə 4 ildən sonra ilk dəfə görüşdüyü Rusiyanın Amur bölgəsindəki Vostoçnıy Kosmodromunda keçirilən sammitdən sonra edib. Açıqlamada deyilir ki, Rusiya səfərinin ikitərəfli əməkdaşlığı və münasibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün vacib fürsət olduğunu deyən Kim Putini uyğun zamanda Şimali Koreyaya dəvət edib.

Açıqlamada Putinin bu dəvəti qəbul etdiyi bildirilib.

Bahadur Seyidov