ABŞ Cənubi Koreyaya F-35 təyyarələri satır



 14:42 14.09.2023     286

ABŞ Dövlət Departamenti Cənubi Koreyaya təxminən 5,06 milyard dollar dəyərində F-35A tipli döyüş təyyarələri və müxtəlif hərbi texnikanın satışına razılıq verib.

Demedia.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyindən açıqlama verilib. Bildirilib ki, ABŞ Cənubi Koreyaya təxminən 5,06 milyard dollar dəyərində 25 F-35A tipli döyüş təyyarəsi və sursat, dəstək avadanlığı və personalın təhsili daxil olmaqla 26 təyyarənin satışına razılıq verib. Açıqlamada satışa razılığın verildiyi ilə bağlı ABŞ Konqresinə bildiriş göndərildiyi bildirilib.

Satışın ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə töhfə verəcəyi bildirilib.

Bahadur Seyidov