Ankarada qorxulu anlar! - 61 yaşlı qadın metro relslərinə yıxıldı



 23:48 14.09.2023     703

Ankaranın Çankaya rayonunda İ.G huşunu itirərək metro relslərinin üzərinə yıxılıb.

Demedia.az xəbər verir ki, 61 yaşlı qadını vətəndaşlar xilas edib.

Hadisə dünən axşam saatlarında metronun Kızılay dayanacağında baş verib. Qadın dayanacaqda gözləyərkən huşunu itirərək relslərin üzərinə yıxılıb.

Qadın dayanacaqda olan digər sərnişinlərin köməkliyi ilə xilas edilib. Hadisədən sonra gedişlər 20 dəqiqə gecikib.

Qadın təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Aysun / Demedia.az