Kim və Putin görüşünün pərdəarxası məqamları



 15:19 15.09.2023     287

Rusiya prezidenti Putinlə Şimali Koreya lideri Kim Çen In arasında Rusiyanın Vostonçnıy kosmodromunda keçirilən görüş ABŞ və Qərb ölkələrinin bütün diqqətini  cəlb edib.

Demedia.az  TRT Haber-ə istinadən xəbər verir ki,  Putin Şimali Koreyaya peyk istehsalında kömək edəcəklərini desə də, sonradan verilən açıqlamalarla görüşün əhatə dairəsinin çox daha geniş olduğu aydın olub.

Analitiklər hesab edirlər ki, Şimali Koreyada sovet dövründən qalma on milyonlarla artilleriya mərmisi və raketləri var ki, bu da Rusiyanın Ukraynadakı müharibəsinə böyük təkan verə bilər.

Digər tərəfdən, iki liderin görüşündə hərbi xəttə diqqət yetirildiyini deyən təkcə Qərb mediası və Cənubi Koreya deyil. Şimali Koreyanın dövlət mediası da Kim-Putin görüşünün hərbi diqqət mərkəzində olduğunu etiraf edən nəşrlər dərc edir.

Mövzu ilə bağlı ekspertlərin fikrincə, Kim Şimali Koreyanın nüvə gücünə malik ballistik raket proqramı üçün qabaqcıl silahlara ehtiyac duyur. Ona görə də görüşün əsas bəndlərindən birinin nüvə gücünə malik ballistik raketlər olduğu təxmin edilir.

Bahadur Seyidov