NASA UFO hesabatını açıqladı
ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) “naməlum uçan obyektlər” (UFO) ilə bağlı hesabatını paylaşıb.
Demedia.az xəbər verir ki, NASA xalq arasında UFO kimi tanınan naməlum uçan obyektləri araşdırmaq üçün qurulan idarə heyəti UFO-ların kosmosdan gəldiyinə dair heç bir dəlil olmadığını bildirib.
NASA rəsmisi Bill Nelson hesabatla bağlı mətbuat konfransında idarə heyətinin UFO-ları nə olduğunu bilmədiklərini qeyd edib. NASA rəsmisi hazırda bu barədə araşdırmaların davam etdiyini bildirib.
Bahadur Seyidov