Rusiyada “Whatsapp” bloklanır?



 15:42 15.09.2023     304

Rusiyada “Whatsapp” bloklana bilər.

Demedia.az xəbər verir ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyi (Roskomnadzor) bildirib ki,  yeni funksiya olan  “Whatsapp”da kanal  açma özəlliyi ilə kanllarda arına qeyri-qanuni məlumatlar yerləşdirilsə, “WhatsApp”a giriş bloklana bilər:

Açıqlamada Rusiya qanunlarının bütün şirkətlərə şamil olduğu bildirilib: “Bura rus istifadəçilərini hədəf alan mesajlaşma proqramları və sosial media şəbəkələri daxildir. Qadağan olunmuş məlumatları ehtiva edən düşmən kanalların meydana çıxması onların dərhal silinməsi tələbi ilə nəticələnəcək. Əks təqdirdə proqram bloklanacaq”.

Qeyd edək ki, “Meta” şirkəti Rusiyada qanunsuz məlumat yaydığı səbəbi ilə “ekstremist təşkilat” kimi müəyyən edilib. Şirkətin “Facebook” və “Instagram” platformalarına isə keçən il giriş bloklanıb.

Bahadur Seyidov