ABŞ-də bir ilk - Baydenə qarşı 3 ittiham irəli sürülüb



 15:49 15.09.2023     281

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden odlu silah alarkən üç dəfə  yalan danışmaqda ittiham olunur.

Demedia.az xəbər verir ki, ittiham aktında qeyd olunub ki, Hunter Bayden 2018-ci ilin oktyabrında Delaver ştatında silah mağazasından Colt Cobra modeli silahı alarkən federal tələb olunan formalarda narkotik istifadəçisi olduğu barədə yalan danışıb.

İddianamədə Hunter Baydenin vergi pozuntuları ilə bağlı heç bir ittiham yoxdur. ABŞ federal qanunlarına görə, narkotik istifadəçisi olarkən belə sənədlər üzərində yalan danışmaq və ya odlu silaha sahib olmaq cinayət sayılır.

Qeyd edə ki, ABŞ-da ilk dəfə olaraq vəzifədə olan prezidentin uşağı cinayət təqibinə məruz qalıb.

Bahadur Seyidov