Polşada qaçqınlara qanunsuz viza verilib



 15:48 15.09.2023     308

Polşada ölkəyə giriş vizalarının verilməsində qanun pozuntularına yol verdikləri iddiası ilə 7 nəfər barəsində cinayət işi açılıb.

Demedia.az xəbər verir ki, onlardan 3-ü saxlanılıb.Polşa mətbuatının məlumatına görə, Milli Prokurorluğun Mütəşəkkil Cinayətkarlığa və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müdir müavini Daniel Lerman bildirib ki, prokuror indiyədək vizaların verilməsində yol verilmiş qanun pozuntuları ilə bağlı aparılan istintaq çərçivəsində 7 nəfərə qarşı cinayət işi qaldırıb. Lerman əlavə edib ki, istintaq ödəniş müqabilində vizanın işlənməsinin sürətləndirilməsinə yönəlib və bir neçə yüz viza müraciətinə aid olub, onların əksəriyyəti rədd edilib.

Lerman Polşanın Honq-Konq, Tayvan, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanı, Sinqapur, Filippin və Qətərdəki diplomatik nümayəndəliklərinə viza müraciətlərinin edildiyini bildirib.

Bahadur Seyidov