Ukrayna Andriyevka kəndini azad etdi



 16:25 15.09.2023     274

Ukrayna Baş Qərargahı Donetsk vilayətinin Andriyevka kəndinin azad edildiyi barədə məlumat yayıb.

Demedia.az xəbər verir ki, Rəyasət Heyətininin açıqlamasına görə, Ukrayna ordusu Andriyevka kəndində nəzarəti ələ keçirib. Açıqlamada deyilir ki, müdafiə qüvvələrinin hücum əməliyyatları zamanı düşmən canlı qüvvə və texnika baxımından xeyli itki verib.

Ukrayna Müdafiə Nazirinin müavini Anna Malyar Ukrayna əsgərlərinin Donetsk bölgəsində Baxmuta doğru irəlilədiyini bildirərək, Andriyevka kəndinin nəzarətə götürüldüyü barədə açıqlama verib.

Bahadur Seyidov