Fransadan Afrika sənətçilərinə qadağa



 17:12 15.09.2023     296

Fransa Xarici İşlər Nazirliyi mədəniyyət ictimaiyyətindən Niger, Mali və Burkina Fasodan sənətçilərin ölkəyə dəvət edilməməsini istəyib.

Demedia.az xəbər verir ki, “France İnter” radiosunun xəbərinə görə, Mədəniyyət İşləri Regional Müdirlikləri Xarici İşlər Nazirliyinin bu tələbini mədəniyyət qurumlarına məktub göndərərək çatdırıb. Məktubda, Xarici İşlər Nazirliyinin göstərişi ilə Niger, Mali və Burkina Faso ilə bütün əməkdaşlığın növbəti xəbərdarlığa qədər dayandırıldığı bildirilib. Fransa Mədəniyyət Nazirliyindən verilən açıqlamada vurğulanıb ki, nə nazirlik, nə də Xarici İşlər Nazirliyi milliyyətindən asılı olmayaraq heç bir sənətçinin səfərinin ləğv edilməsini istəmir.

Açıqlamada Fransanın Niger, Burkina Faso və Malidən gələnlərə viza verilməsini dayandırdığı qeyd edilib və bu qərarın həmin qərardan əvvəl verilən vizalara və ya başqa ölkədə yaşayanlara təsir etmədiyi bildirilib.

Bahadur Seyidov