Maskın Tayvan barədə açıqlamasına etiraz edildi



 16:43 15.09.2023     283

Tayvan hökuməti milyarder İlon Maska adanın Çinin bir hissəsi olduğu barədə fikirlərinə görə etiraz edib.

Demedia.az xəbər verir ki, Dövlət katibi Cozef Vu Maska məxsus eks sosial media platformasında bildirib ki, Tayvan Çinin bir hissəsi deyil və o, qətiyyən satılmır. Qeyd edək ki, işgüzar sammitdə Mask Tayvanı Havay ilə müqayisə edərək, onu Çinin “ayrılmaz hissəsi” adlandırıb. Bu, Çində biznes maraqları olan Maskın Tayvana qarşı ilk şərhi deyil.

O, bundan əvvəl Çinə Tayvan üzərində müəyyən nəzarət verməklə Pekin və Taypey arasındakı gərginliyin həll oluna biləcəyini təklif etmişdi.

Bahadur Seyidov