Turşu şirəsinin inanılmaz FAYDASI



 20:28 15.09.2023     988

Payızın gəlişi ilə bir çox insanlar turşu üçün müxtəlif hazırlıqlara başladılar. Turşuların sağlamlıq üçün bir çox faydası olsa da, şirəsi də dəyərlidir.

İnsanlar adətən payız aylarında turşu hazırlamağa başlayırlar. Bu aylarda hazırlanan turşular qış süfrələrini bəzəmək üçün gözəl əlavə kimi qəbul edilir. Turşuları bir çox yeməklərə əlavə etməklə süfrəyə rəng qatır.

Turşuların yeməklərlə yanaşı təqdim edilməkdənsə, sağlamlığa müsbət təsirləri onu süfrənin baş cəvahiratına çevirmişdir. Bu təsirlər həm turşunun özündə, həm də şirəsində mövcuddur. Türk mətbəxinin vazkeçilməzləri olan turşu və turşu suyu qış aylarının təbii dərmanı demək olar.

Turşudan sonra buraxılan turşu şirəsi hazırlıq mərhələsində istifadə olunan inqrediyentlərin fermentasiyası nəticəsində əmələ gəlir. Probiyotiklərlə son dərəcə zəngin olan turşu suyu bağırsaq sağlamlığı üçün xüsusilə vacibdir.

Turşu suyu orqanizmdə zərərli bakteriyaların çoxalmasının qarşısını alır. Metabolik sürəti artıraraq insanların daha nizamlı metabolizmini təmin edir. Turşu suyu xüsusilə arıqlamaq istəyənlərin vazkeçilməz içkisidir.

Arıqlamaq mərhələsində olan insanlar pəhriz planlarına turşu suyu əlavə edə bilərlər. Sürətli yağ yanmasına səbəb olan turşu suyu bədənin bəzi yerlərində yağ yığılmasının qarşısını alır. Bu, regional arıqlamada böyük fayda verə bilər.

Aysun / Demedia.az