REVMATİZM ürək qüsuruna səbəb ola bilər! - Video



 10:18 18.09.2023     780

Revmatizm - ürək-damar sistemini, oynaqları və bəzi digər orqanları zədələyən infeksion-allergik xəstəliklərdən biridir.

Adətən, uşaq tərəfindən keçirilmiş streptokokk infeksiyası (əksər hallarda “angina” - badamcıqların iltihabı) nəticəsində əmələ gəlir. Bədənin soyuqlaması və uşağın immunitetinin zəifləməsi də xəstəliyin inkişaf etməsinə səbəb olur. Xəstəlik keçirilmiş “anginadan” 2-3 həftə sonra kəskin şəkildə başlaya bilər. Kəskin revmatizmin təhlükəliliyi ondadır ki, bu zaman ürək əzələlərinin iltihabı - miokardit inkişaf edir. Uşaqlar ürəkdöyüntüsü, təngnəfəslik, ağrılardan şikayət edirlər. Xəstəlik ağırlaşma ilə davam edərsə, endokardit (ürəyin daxili qişasının iltihabı) inkişaf edə bilər ki, bu da son nəticədə uşaqlarda qazanılmış ürək qüsuruna səbəb ola bilər.

Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az