Saç tökülməsi zobun əlaməti ola bilər! - Video



 10:24 18.09.2023     994

Qalxanvari vəzi boyunda yerləşən kəpənək formalı orqandır. İfraz etdiyi hormonlar sayəsində orqanizmdə bir çox funksiyanı tənzimləyir.

Çatışmazlıq və ya artıqlıq halında isə çox ciddi narahatlıq və şikayətlərə səbəb ola bilər. Endokrin bezlərdən biri olan qalxanabənzər vəzi T3 (triiodotironin) və T4 (tiroksin) hormonlarının istehsalı və qan dövranına salınmasından məsuldur. Maddələr mübadiləsi ilə bağlı bütün prosesləri idarə edən və həyata keçirən qalxanabənzər vəzi bu funksiyaları yerinə yetirə bilmirsə, bir çox müxtəlif sağlamlıq problemləri və bununla bağlı əlamətlər meydana çıxır. Zob simptomları olaraq da təyin olunan, bu vəziyyət qalxanabənzər vəzinin az və ya çox işləməsinə bağlı olaraq bir çox xəstəliklərdən qaynaqlana bilər.

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az