İlon Mask Ərdoğanla görüşdü



 10:42 18.09.2023     270

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  ABŞ-də SpaceX-in qurucusu İlon Maskı qəbul edib.

Demedia.az xəbər verir ki, Ərdoğan Maskı Teknofestə dəvət edib.

“Tesla”nın da TOGG ilə Türkiyə bazarına çıxdığını xatırladan Ərdoğan, “Tesla”nın Türkiyədə 7-ci fabrikini qurmasını istəyib. Prezident Ərdoğan Türkiyənin kosmos proqramı çərçivəsində atılan və atılacaq addımlarda SpaceX ilə əməkdaşlıq imkanlarının yarana biləcəyini ifadə edərək Maskı İzmirdə keçiriləcək Teknofestə dəvət edib.

Maskın oğlu ilə  qatıldığı görüşdə Ərdoğan ona top, Maska  isə "Daha ədalətli bir dünya mümkündür" kitabını hədiyyə edib.

Bahadur Seyidov