BMT-də zirvə görüşündən əvvəl diqqətçəkən mövzu - Türkiyənin hansı planı var?



 16:44 18.09.2023     306

Xəbər verdiyimiz kimi, Dünya Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası keçirilir

Demedia.az CNN Türk-ə istinadən xəbər verir ki, kritik zirvə  görüşündə  dünyanın bir çox liderləri, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan  iştirak edir.

Britaniyanın “Financial Times” qəzeti Türkiyənin bu görüşdəki planı haqqında yazıb.

Xəbərdə “Türkiyə bu ay keçirilən G20 sammitində razılaşdırılan Hindistan-Yaxın Şərq ticarət dəhlizi planına alternativlə bağlı gərgin danışıqlar aparır” ifadəsi işlədilib.

Qeyd olunub ki,   Hindistan-Yaxın Şərq planı çərçivəsində Hindistandan göndərilən məhsullar Avropa bazarlarına keçmişdə olduğu kimi Bağdad və Türkiyə vasitəsilə deyil, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail vasitəsilə göndəriləcək.

Bu dəhlizin yaradılmasını dəstəkləyən ABŞ və Aİ-nin Çinin bölgədəki təsirini azaltmaq istədikləri tez-tez bildirilir.

Nəşr qeyd edib ki, prezident Ərdoğan bu plandan razı deyil. Britaniya qəzeti xarici işlər naziri Hakan Fidanın İraq, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə gərgin danışıqlar apardığını yazıb.

Xəbərdə alternativ xətt yaratmaq üçün danışıqların davam etdiyi bildirilib.

İngiltərə qəzeti Ərdoğanın G20 sammitindən sonra verdiyi açıqlamaya da diqqət çəkib. Ərdoğan Hindistanda keçirilən G20 sammitindən sonra təyyarədə jurnalistlərin sualına belə cavab verib:

"Biz bunu deyirik, Türkiyəsiz dəhliz yoxdur. Türkiyə mühüm istehsal və ticarət bazasıdır. Şərqdən qərbə nəqliyyat üçün ən uyğun xətt Türkiyə ərazisindən keçməlidir”.

Bahadur Seyidov