Çin Tayvan ətrafına hərbi qüvvə göndərdi



 16:02 18.09.2023     305

Çinə məxsus 103 hərbi təyyarə Tayvan adasının ətrafında uçuşlar həyata keçirib.

Demedia.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, döyüş təyyarələri Tayvanın iqtisadi ərazisini keçib. Məlumata görə, Çin Tayvan adası ətrafında ilk dəfədir belə irimiqyaslı uçuşlar həyata keçirir. Açıqlamada deyilir ki,  adanın ətrafında 9 Çin döyüş gəmisi müşahidə edilib.

Hərbi gəmilərə ərazidən uzaqlaşmaq üçün xəbərdarlıqlar edilib. Tayvan ordusu Çinin hərbi fəaliyyətini müşahidə edib.

Bahadur Seyidov