Antarktidada alimlər buzlaqlarla bağlı xəbərdarlıq etdi



 16:15 18.09.2023     300

Antarktidadan alınan peyk məlumatları, qlobal istiləşmə səbəbindən bölgədəki dəniz buzlarının səviyyəsinin mövsümi orta səviyyədən xeyli aşağı olduğunu ortaya qoyub.

Demedia.az xəbər verir ki, ABŞ Milli Qar və Buz Məlumat Mərkəzində Antarktidadakı buzlaqlarla bağlı məlumatları araşdıran Valter Meier “BBC”yə bildirib ki, buz səviyyəsi təhlükəli səviyyədə aşağı düşüb. Meier, buzlaqların bərpa olunmayacağını ifadə edib.

Manitoba Universitetindən Robbie Malletin sözlərinə görə, bu, Antarktidada son 40 ildə müşahidə edilən potensial narahatedici iqlim dəyişikliyinin əlamətidir.

Bahadur Seyidov