Yollara çıxarılan heyvan sürüsü qəzalara səbəb olursa zərəri kim ödəyir? - Video



 09:07 19.09.2023     592

Bəzi yollarda heyvan sürülərinin təyin olunmamış yerdən keçirilməsi müəyyən hadisələrə yol açır.

Elə hallar olur ki, hətta yol-nəqliyyat hadisəsi belə, baş verir. Bəs bu hadisələr zamanı kim məsuliyyət daşıyır? Sürü sahibi, yoxsa sürücü? Qanunda konkret çobanların hansı formada hərəkətinə icazə verildiyi göstərilib. Bu tələblərə uyğun olaraq hər bir çoban hərəkət etməlidir. Yolu keçən zaman mütləq diqqətli olmaq lazımdır. Eyni zamanda, heyvan sürülərini aidiyyatı üzrə icazə verilən yerlərdən keçirmək lazımdır. Qanunda bu haqda məsuliyyət də nəzərdə tutulub.

Tanınmış vəkil Vamiq Şükürov öz  "Youtube" kanalında bu mövzu haqda ətraflı məlumat verib. 

Demedia.az   həmin videonu sizə təqdim edir. 

Rəna İsmayılova / Demedia.az