ÜRƏK QOZ kimi olacaq - Bu 12 qidanı MÜTLƏQ YEYİN - Video



 10:00 19.09.2023     949

Ürəyinizin saat kimi işləməsini istəyirsinizsə, bəzi qidalardan az da olsa daim yeməlisiniz.

Zeytun yağı. Sağlam yağlar” siyahısında ən birinci olan zeytun yağı orqanizmi ateroskleroza qarşı qoruyur. 100 qr-da 176 mq təkli doymamış yağ turşuları və sterollar var.

Ürək xəstələri sirkəyə üz tutmaqda gecikməməlidirlər. Lakin bu, o demək deyil ki, onu həddindən artıq qəbul etməlisiniz. Söhbət təbii sirkədən gedir. Lakin bir şeyi unutmayın ki, mədə bağırsaq sistemizinizdə həssaslıq var, qastrit, eroziya kimi problemlərdən əziyyət çəkirsinisə, yaxud da mədənizdə turşuluq çoxdursa, sizə sirkə qəbul etmək olmaz.

Ürək xəstələrinə həftədə 2 gün yağlı balıq yemək tövsiyə edilir. Çünki yağlı balıqlar Omega-3 yağ turşusu mənbəyidir. Ağ ton balığı, somon, skumbriya, alabalıq və sardina kimi yağlı balıqlar ürək xəstəliyi riskini azaldan Omega-3 yağ turşusuna malikdirlər.

Pis xolesterolun səviyyəsini aşağı salan, yaxşı xolesterolun səviyyəsini artıran qidalar siyahısında qoz da yer alır. Ürəyi möhkəmlədən qozun tərkibində fərqli birləşmələr var. Qanda pis xolesterolla yanaşı, triqliseridləri də aşağı salmaq qabiliyyətinə malik qozun tərkibinin 60%-i yüksək keyfiyyətli yağlardır. Məhz bu yağlar ürək-damar sistemindəki problemlərin həllində önəmli rol oynayır.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək bu 12 qidanın faydaları haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az