Baş ağrılarının səbəbləri və müalicəsi - Həkim hər şeyi açıqladı - Video



 09:31 19.09.2023     780

Əslində beyin toxumasında ağrı reseptorları yoxdur.

Başağrıları başda və boyunda yerləşən sümüküstlüyü, əzələlər, sinirlər, arteriyalar, venalar, selikli qişalar və s. müəyyən səbəblərdən qıcıqlanmasından qaynaqlanır. Ağrılar 90% birincili, 10% ikincili olaraq görülməkdədir. Birincili baş ağrıları heç bir səbəb olmadan ortaya çıxır. Gərginlik tipli, miqren, klauster və digər birincili olaraq ayırd edirik. İkincili baş ağrıları zamanı isə altda yatan səbəb mütləq olur. Kəllə-beyin travmaları, kranial və servikal damar xəstəlikləri, qeyri-damar intrakranial xəstəliklər, beyin şişləri, göz xəstəlikləri, sinusitler, meningitlər və s. ikincili baş ağrılarına gətirib çıxarır. Məhz baş ağrısının növünü ayırd etmək üçün vaxtında nevroloqa müraciət etməniz çox önəmlidir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az