“Mən Qərbə inandığım qədər Rusiyaya da güvənirəm” - Ərdoğan



 14:45 19.09.2023     291

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya Prezidenti Vladimiri Putinin taxıl ixracına yenidən başlayacağını söyləyib.

Demedia.az Anadolu Ajansına istinadən  xəbər verir ki,  jurnalistlərin  Ərdoğana “Siz Putinin bu vədi yerinə yetirəcəyinə inanırsınızmı? sualına o, belə  cavab verib: 

"Mənim (Putinə) güvənməməyim üçün heç bir səbəb yoxdur. Rusiya ən azı Qərb qədər etibarlıdır. Bizi 50 il qapısında gözlətdirən Avropa İttifaqıdır. Hazırda mən Qərbə inandığım qədər Rusiyaya  güvənirəm”.

Bahadur Seyidov