Liviyanı fırtına fəlakətindən sonra epidemiya gözləyir



 14:52 19.09.2023     302

Liviyanın şərqində baş verən seldən ən çox zərər çəkən Derna şəhərində dağıntılar altındakı cəsədlər çürüməyə başlayır və kanalizasiya sularının içməli suya qarışması epidemiya təhlükəsini günü-gündən artırır.

Demedia.az xəbər verir ki, sözügedən şəhərdə kanalizasiya sularının içməli suya qarışması nəticəsində 150 nəfər zəhərlənib.

Dağıntılar altında qalan meyit və heyvan cəsədlərinin çürüməsi nəticəsində yayılan pis qoxu 200 min əhalisi olan şəhərin qalan hissəsinə təsir etməyə başlayıb. 40 mindən çox insan ətraf şəhərlərə köç etməyə məcbur qalıb.

Qeyd edək ki, fırtına səbəbindən 3 mindən çox insan ölüb, 10 min insan barədə  məlumat yoxdur.

Bahadur Seyidov