Gürcüstan hökuməti prezidentin impiçmenti üçün hərəkətə keçdi
Gürcüstan hökuməti prezident Salome Zurabişviliyə qarşı impiçment prosesinin başlanması üçün Konstitusiya Məhkəməsinə müraciət edib.
Demedia.az xəbər verir ki, hakim “Gürcü Arzusu” Partiyasının prezidenti və deputat İrakli Kobaxidze və parlamentin spikeri Şalva Papuaşvili də daxil olmaqla ümumilikdə 80 deputatın imzaladığı petisiyanın Konstitusiya Məhkəməsi tərəfindən araşdırılacağı qeyd edilib. Proses bir ay davam edəcək. Bu müddətdən sonra nəticə parlamentdə təqdim ediləcək.
Qeyd edək ki, avqustda prezident Zurabişvilinin Avropa ölkələrinə başladığı səfər proqramına görə, ona qarşı impiçment elan edilib.
Bahadur Seyidov