İsveçin NATO-ya üzvlüyünün necə nəticələnəcəyi sual altındadır - Hakan Fidan



 16:42 19.09.2023     317

Türkiyənin Xarici işlər naziri Hakan Fidan İsveçin NATO-ya üzvlüyü ilə  bağlı danışıb.

Demedia.az xəbər verir ki,   nazir İsveçdə Quranın  söz azadlığı adı altında yandırılması  məsələsini də  müzakirə  edib.  Hakan Fidanbildirib ki, İsveçin NATO-ya üzvlüyünün necə  nəticələnəcəyi sual altındadır:

“Xüsusən də İsveçdə bu cür hərəkətlərin ictimai müdafiə və polisin koordinasiyası altında həyata keçirilməsi daha çox düşündürücüdür. İsveçin NATO-ya üzvlüyünün müzakirə olunduğu günlərdə İsveç təhlükəsizlik sisteminin təxribatların qarşısını almaq üçün kifayət etməməsi və NATO-ya daha çox gücdən daha çox problemlər gətirdiyi görünməsi, açığı, bizi strateji təhlükəsizlik baxımından düşünməyə vadar edir. İnanc olaraq tutduğumuz dəyərlər baxımından hadisəyə onsuz da böyük reaksiyamız var. Lakin digər tərəfdən, strateji və təhlükəsizlik qiymətləndirmələri baxımından İsveçin NATO-ya üzvlüyünün yük və ya fayda gətirəcəyi sualı indi daha çox müzakirələrə açıqdır”.

Bahadur Seyidov