ABŞ-nin borcu ilk dəfə 33 trilyon dolları ötdü



 16:20 19.09.2023     292

Amerika  Birləşmiş Ştatlarının  borcu 33,04 trilyon dollara çatıb.

Demedia.az xəbər verir ki, bu  barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu  borc ölkə tarixində ilk dəfədir ki,  bu qədər artıb.

Qeyd edək ki,  cari iin yanvarın 19-da ABŞ 31,4 trilyon dollarlıq borc həddinə çatıb. ABŞ Maliyyə Nazirliyi limiti aşmamaq və mümkün defoltun qarşısını almaq üçün fövqəladə tədbirlər görməyə başlayıb. Borc limiti ilə bağlı uzun danışıqlardan sonra Konqresdə razılıq əldə olunub və prezident Co Bayden iyun ayında borc limitini artırmaqla ölkənin defolt vəziyyətinə düşməsinin qarşısını alacaq qanun layihəsini imzalayıb.

Bahadur Seyidov